Mar 1

Günəşin rəmzi olan Od Çərşənbəsi gəldi çatdı!🔥🌞 Bu münasibətlə Sizi təbrik edirik! Qoy bu Çərşənbə bütün pislikləri, çətinlikləri odda yandırsın, sevgi və sevinc ilə qəlbinizi isitsin!🌸💫

site.more
Feb 28

Xüsusi avadanlıqların icarə xidmətləri: əsas üstünlüklər. Avadanlıqların müxtəlifliyi. Tikinti avadanlığı alarkən, bir çox iş adamı bunun zamanla öz qiymətini ödəyəcəyinə inanır. Təəssüf ki, bu həmişə baş vermir. Hər bir iş növü üçün fərqli avadanlıq istifadə olunur, buna görə hansının daha yaxşı olduğunu proqnozlaşdırmaq olduqca çətindir. Təmir və texniki xidmət. Bu problemlər icarə şirkətinin çiyninə düşür. Müştəri isə təhlükəsiz, işlək, işə hazır avadanlıqla təmin olunur. Hüquqi nüanslar. Xüsusi texnikanın sahibləri müntəzəm olaraq nəqliyyat vasitələrinin qeydiyyatı, lisenziyanın alınması və s. ilə bağlı problemlərlə üzləşirlər. Avadanlıq icarəyə götürərkən, bütün hüquqi detallar barədə narahat olmaq lazım deyil. Rahat əməkdaşlıq şərtləri. Avadanlıqlar uzun və ya qısa müddətli icarəyə verilə bilər. Müvafiq olaraq, müqavilənin şərtləri hər bir müştəri ilə fərdi şəkildə müzakirə olunur. -- 📌 37 Khojaly avenue, Demirchi Tower, 22nd floor Baku 📲 +994 12 404 75 96 📧 office@scanex.az

site.more
Feb 26

Xocalı soyqırımı, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Bu gün, hər kəsdə dəhşət doğuran bu faciənin üzərindən 30 il keçir. Əslində o gün həyatımıza elə daxil olub ki, illər keçsə də unudulmayacaq, bu, artıq tarixin yaddaşına həkk olunmuş qanlı səhifədir… Xocalı, əsrin faciəsi idi, Xocalı, bizlərin özümüzə qayıdışı, kimliyimizə, millətimizə sahib çıxmağımıza, düşmənimizi yaxından tanımağımıza bir çağırış idi… Elə buna görə də Xocalı soyqırımını heç UNUTMADIQ! UNUTMARIQ!

site.more