Aug 2

1993- cü ildə xalqın istəyi ilə yenidən ölkə rəhbərliyinə qayıdan Ümumilli Lider Heydər Əliyev Azərbaycanı xaos və anarxiyadan qurtardı, vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas etdi. Əziz xalqımız, sizi Milli Qurtuluş Günü münasibəti ilə təbrik edirik.

site.more
Mar 31

Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət, həqiqət anı yetişdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi Allah Bütün Şəhidlərə rəhmət etsin..

site.more
Mar 29

Logistikada Nəqliyyat Dəhlizi anlayışı nədir? №1.🟢 Yaşıl dəhliz - buraxılışa icazə verilir. Bu o deməkdir ki, sizdə hər şey qaydasındadır və siz heç bir problem olmadan yüklərinizi xaric edə bilərsiniz. №2.🟡 Sarı dəhliz. Bəyannamə təqdim edilərkən sarı dəhliz işləyə bilər ki, bu da buraxılmazdan əvvəl gömrük bəyannaməsində bəyan edilmiş sənədlərin və məlumatların yoxlanılması deməkdir. №3.🔴 Qırmızı dəhliz. Bu zaman sistem malların yoxlanılması, çəkinin götürülməsi, gömrük laboratoriyasına göndərilməsi və s. tələb olunur. Bu hallarda çox güman ki, xərc tənzimlənməsi olacaq. - 📌 37 Khojaly avenue, Demirchi Tower, 22nd floor Baku 📲 +994 12 404 75 96 📧 office@scanex.az - #logistics #transport #transportation #trucking #supplychain #shipping #freight #truck #cargo #trucks #logistica #logisticscompany #delivery #warehouse #logisticsmanagement #business #airfreight #export #seafreight #import #azerbaijan #baku #scanex #scanexaz

site.more