Nov 12

ScanEx şirkəti Bakıda ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək istiqamətində Şirkət rəhbərliyinin təşkilatçılığı ilə silsilə ağacəkmə kampaniyaları, iməcliklər keçirilir. 31 oktyabr 2022-ci il tarixdə keçirilən ağacəkmə aksiyasında Şirkət rəhbərliyi və əməkdaşlar iştirak ediblər. Ağacəkmə aksiyasının keçirilməsində məqsəd ərazidə ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək olmuşdur. Bununla belə ScanEx şirkəti tərəfindən bu tip sosial layihələr fonunda yeni yaşıllıq zolaqlarının salınması, ekoloji mühitin sağlamlaşdırılması və paytaxtımızın daha da gözəlləşməsinə yönəlmiş işlər daim nəzarətdə saxlanılır

site.more
Nov 12

Azərbaycan Respublikasının Konstitusiya günü — Azərbaycan Respublikasının əsas qanununun — Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gün. Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi. Konstitusiya gününüz mübarək!

site.more
Nov 10

ScanEX Şirkəti - Logistika sahəsinin Lideri! ScanEX olaraq, biz yüklərinizin daşınmasını mümkün qədər uyğun və iqtisadi cəhətdən sərfəli marşrutlar vasitəsilə həyata keçiririk. ScanEX şirkəti avtomobil, dəmir, hava və dəniz yolu nəqliyyatından istifadə etməklə yüklərin çatdırılması üzrə xidmətlər təklif edir. Ticarət, sənaye və yüksək qiymətli mallar da daxil olmaqla, müxtəlif kateqoriyalı malların daşınmasında böyük təcrübəyə malikik. Müştərilərə daşınan yükün yeri, bütün zəruri mühasibat sənədləri, ödəniş qəbzləri və bir sıra xidmətlər barədə ətraflı hesabat verilir. Əməkdaşlarımız sizin sifarişinizi operativ şəkildə qəbul edərək onun daşınmasını qısa zaman ərzində həyata keçirəcəklər. Yük daşımaları bazarında uzun müddətli iş, işin dəqiq təşkili və personalın yüksək ixtisası bizim müştərilərimizə istənilən mürəkkəblikdə yüklərin daşınmasının həyata keçirilməsinə, çatdırma müddətlərinə riayət edilməsinə, daşınma və yükləmənin bütün mərhələlərində yükün qorunmasına və izlənməsinə zəmanət veririk. Bizim məqsədimiz müştəriyə yük daşımaların təşkili ilə bağlı olan bütün problemlərin həllini və yükün maksimum təhlükəsizliyini və qorunmasını təmin etməkdir. Peşəkar əməkdaşlarımızın biliyi və təcrübəsi yükünüzün ən sərfəli marşrutlarla, məqbul xərclərlə sürətli bir şəkildə göndərilməsinə zəmanət verir. - 📌 37 Khojaly avenue, Demirchi Tower, 22nd floor Baku 📲 +994 12 404 75 96 📧 office@scanex.az - #logistics #transport #transportation #trucking #supplychain #shipping #freight #truck #cargo #trucks #logistica #logisticscompany #delivery #warehouse #logisticsmanagement #business #airfreight #export #seafreight #import #azerbaijan #baku #scanex #scanexaz

site.more