ScanEX

SCAN & EXPLORE

Nəqliyyat vasitələrinin icarəsi

ScanEx avtomobil icarəsi şirkətinin ilk, lakin tək olmayan üstünlüyü - ən geniş model seçimidir. 350-dən çox nəqliyyat vasitəsindən ibarət geniş bir avtomobil parkı, ən tələbkar müştərilərin istəyini ödəməyə qadirdir.

Yükdaşıma

Biz yüklərinizin daşınmasını mümkün qədər uyğun və iqtisadi cəhətdən sərfəli marşrutlar vasitəsi ilə həyata keçiririk. Peşəkar əməkdaşlarımızın biliyi və təcrübəsi yükünüzün ən məqbul xərclərlə sürətli bir şəkildə göndərilməsinə zəmanət verir.

Ağır texnikanın icarəsi

ScanEX Enterprises Limited şirkəti ağır texnikanın və avadanlıqlarının müştərilərə qısa və uzun müddətli icarəsini təqdim edir. Ağır texnikaya forkliftlər, kranlar, yük maşınları və digər ağır nəqliyyat vasitələri və avadanlıqları daxildir.

Haqqımızda

ScanEX Enterprises Limited şirkəti Azərbaycanın nəqliyyat və logistika sektorunda fəaliyyət göstərən və bu sektorda davamlı şəkildə inkişaf edən şirkətlərdən biridir. Şirkət uzun illərdir bu sektorda fəaliyyət göstərir və müştərilərə müxtəlif xidmətlər təqdim edir. Bu xidmətlərə beynəlxalq yük daşımaları, konsolidasiya, nəqliyyat ekspedisiyası, gömrük rəsmiləşdirilməsi, nəqliyyat vasitələrinin icarəsi, eləcədə ağır texnikanın icarəsi daxildir. Şirkətin fəaliyyət coğrafiyası təkcə Azərbaycanla kifayətlənmir və ScanEX şirkəti həm də Gürcüstanda fəaliyyət göstərir. Şirkət öz fəaliyyətində müştəriyönümlülük prinsipini rəhbər tutur və müştərilərə mümkün qədər effektiv və çevik həllər təqdim edir. Şəxsi və cəlb edilmiş maşınlardan ibarət olan avtopark, təcrübəli əməkdaşlar ştatı, inkişaf etmiş logistika şəbəkəsi, çoxlu sayda beynəlxalq tərəfdaşlar – bütün bunlar bizə ən yüksək keyfiyyətli xidmətlərə zəmanət verməyə imkan verir. Yerli şirkətlər arasında inamlı bir mövqeyə sahibik. Bunun səbəbi isə yanaşmağımız və peşəkarlığımızdır.

Nəqliyyat vasitələrinin icarəsi

ScanEX Enterprises Limited şirkəti illərdir yüksək keyfiyyətli avtomobil kirayəsi xidmətləri göstərir. 350-dən çox nəqliyyat vasitəsindən ibarət geniş bir avtomobil parkı, ən tələbkar müştərilərin istəyini ödəməyə qadirdir. İcarə prosesi qısa bir müddətdə, ən etibarlı və rahat yollarla həyata keçirilir. ScanEx şirkəti avtomobil icarəsi şirkətinin ilk, lakin tək olmayan üstünlüyü - ən geniş model seçimidir. Avtoparkımızda kiçik sinifli avtomobillərdən başlayaraq mikroavtobuslara qədər, eləcədə yolsuzluq avtomobilləri daxil olmaqla bütün sinif avtomobilləri tapa və tam olaraq tələblərinizə uyğun olanı icarəyə götürə bilərsiniz. Şirkət tərəfindən icarəyə verilən nəqliyyat vasitələrinin icbari, kasko və üçüncü şəxslər qarşısında mülki məsuliyyət (TPL - Third Party Liability) sığortası təmin edilir. Nəqliyyat vasitələri GPS (Qlobal Mövqetəyinetmə Sistemi) izləmə sisteminə sahibdir və nəqliyyatın koordinasiyası 24/7 rejimində həyata keçirilir. Həmçinin icarəyə verilən nəqliyyat vasitələri BP standartlarına uyğun şəkildə tam olaraq təchiz olunur. Müştərilərimizin fərdi ehtiyaclarına cavab verən üstün xidmətlər təqdim edərək, stressiz bir avtomobil icarəsi təcrübəsi təmin edirik. ScanEX - avtomobil icarəsi sənayesində həqiqi rahatlığa və müstəsna xidmətə sadiq qalaraq, Azərbaycanın müştəri sədaqətinə görə etibarlı bir markadır. Avtomobil kirayəsi bazarındakı uzun illərin təcrübəsi, işimizi yaxşı bildiyimizi əminliklə bildirməyə imkan verir. Peşəkarlarla işləmək hər zaman bir sevincdir.

350+

Parkımız

250+

Podratçılar

Yükdaşıma

ScanEX Enterprises Limited şirkəti olaraq biz yüklərinizin daşınmasını mümkün qədər uyğun və iqtisadi cəhətdən sərfəli marşrutlar vasitəsilə həyata keçiririk. ScanEX şirkəti avtomobil, dəmir, hava və dəniz yolu nəqliyyatından istifadə etməklə yüklərin çatdırılması üzrə xidmətlər təklif edir. Ticarət, sənaye və yüksək qiymətli mallar da daxil olmaqla, müxtəlif kateqoriyalı malların daşınmasında böyük təcrübəyə malikik. Müştərilərə daşınan yükün yeri, bütün zəruri mühasibat sənədləri, ödəniş qəbzləri və bir sıra xidmətlər barədə ətraflı hesabat verilir. Əməkdaşlarımız sizin sifarişinizi operativ şəkildə qəbul edərək onun daşınmasını qısa zaman ərzində həyata keçirəcəklər. Yük daşımaları bazarında uzun müddətli iş, işin dəqiq təşkili və personalın yüksək ixtisası bizim müştərilərimizə istənilən mürəkkəblikdə yüklərin daşınmasının həyata keçirilməsinə, çatdırma müddətlərinə riayət edilməsinə, daşınma və yükləmənin bütün mərhələlərində yükün qorunmasına və izlənməsinə zəmanət veririk. Bizim məqsədimiz müştəriyə yük daşımaların təşkili ilə bağlı olan bütün problemlərin həllini və yükün maksimum təhlükəsizliyini və qorunmasını təmin etməkdir. Peşəkar əməkdaşlarımızın biliyi və təcrübəsi yükünüzün ən sərfəli marşrutlarla, məqbul xərclərlə sürətli bir şəkildə göndərilməsinə zəmanət verir.

Yükdaşıma növləri

HAVA YOLU

HAVA YOLU

İdxal və ixrac sahəsində yüklərin daha qısa vaxt ərzində və tam təhlükəsiz olaraq hava yolu ilə daşınması.

DƏNİZ YOLU

DƏNİZ YOLU

İdxal və ixrac ediləcək müxtəlif yüklərin hər növ konteynerlərdə dəniz yolu vasitəsi ilə münasib qiymətlərə daşınması.

DƏMİR YOLU

DƏMİR YOLU

Hər növ ağır çəkili yüklərin vaqonlarda və ya konteynerlərin platforma üzərində daha münasib qiymətlər əsasında daşınması

AVTOMOBİL YOLU

AVTOMOBİL YOLU

Beynəlxalq yük daşımalarının avtomobil yolu ilə daha keyfiyyətli, təhlükəsiz və qısa müddətdə daşınması.

Beynəlxalq yük daşımaları

GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİ

Şirkətimizin fəaliyyət istiqamətlərindən biri də gömrük müşayiəti və bu məsələlərlə bağlı müştərilərə məsləhətlərin verilməsidir. Hər bir nəqliyyat daşınması üsulunun öz üstün və mənfi cəhətləri var. Yalnız  onları birləşdirən məqam - sərhəd keçidi ilə bağlıdır, yəni nəql olunan malların gömrük rəsmiləşdirilməsi tələb olunur. Yük daşınması bir çox nəqliyyat sənədlərinin qeydiyyatı ilə əlaqələndirilir. Yüklərin çatdırılma sürəti və son dəyəri qanunvericiliyə və müxtəlif qaydaların tələblərinə uyğun olaraq doldurulma düzgünlüyündən asılıdır. Belə ki, biz müştərilərə gömrük rəsmiləşdirilməsi, eləcədə zəruri icazə və sertifikatların alınması üçün lazımi sənədlərin hazırlanması prosesində mümkün olan köməkliyi göstəririk.

NƏQLİYYAT EKSPEDİSİYASI

ScanEx şirkəti beynəlxalq nəqliyyat-logistika provayderi olaraq limanlarda yüklərə kompleks nəqliyyat - ekspedisiya xidmətlərinin göstərilməsini təşkil edir. Bu xidmətə, malların ixracı və ya idxalı və gömrük rəsmiləşdirilməsi üçün sənədlərin hazırlanması, yükün limana çatdırılması, boşaldılması və yüklənməsi, yükləmə şərtlərinə əməl olunmasına nəzarət üzrə xidmətlər, saxlama və nəql, müştəriyə keyfiyyətli və vaxtında çatdırılmasını, eləcədə limandaxili ekspedisiya daxildir. Biz prosesin zamanında icrası üçün düzgün kommunikasiya prosesini təmin edirik.

Ağır texnikanın icarəsi

Şirkətimiz uzun illərdir ki, Azərbaycan bazarında ağır texnikanın icarəsi üçün xidmətlər göstərir. ScanEX Enterprises Limited şirkəti ağır texnikanın və avadanlıqlarının müştərilərə qısa və uzun müddətli icarəsi, onların çalışma sahələrində yerləşdirilməsi kimi imkanları təqdim edir. Ağır texnikaya forkliftlər, kranlar, yük maşınları və digər ağır nəqliyyat vasitələri və avadanlıqları daxildir. ScanEX şirkəti olaraq həm fiziki həm də hüquqi şəxslərlə əməkdaşlıq edirik, ağır texnika üçün uzun və qısa müddətli kirayə xidmətləri təqdim edirik. Şirkətimiz xüsusi avadanlıqların vəziyyətini yaxından izləyir və lazımi baxımları vaxtında aparır. Bunun sayəsində ağır texnikanın kirayəsinin problemsiz, gözlənilməz qəzalar və şikayətlər olmadan baş verəcəyinə əmin ola bilərsiniz. Xüsusi bir texnikanın icarəsinə sifariş verməklə bahalı avadanlıqların alınmasına və təmirinə əhəmiyyətli dərəcədə qənaət edə, eyni zamanda işinizi vaxtında başa çatdıra bilərsiniz.

90 +

Parkımız

25 +

Podratçılar

Müştərilərimiz

Bizə yazın

Emailinizi göndərin